Premyer Liqada tarixi antirekord təkrarlandı

15:58 - 31 Dekabr 2025

"Vulverhempton" İngiltərə Premyer Liqasında nadir tarixi antirekordu təkrarlayıb.

Sportal.az xəbər verir ki, Rob Edvardsın rəhbərlik etdiyi kollektiv 19-cu turda “Mançester Yunayted”lə 1:1 hesablı heç-heçə edib və mövsümdə cəmi 3-cü xalını qazanıb. “Canavarlar” mövsümün ilk dövrəsini qələbə olmadan başa vurub.

"Vulverhempton" bu nəticə ilə antirekordu təkrarlayıb və İngiltərənin elit divizionu tarixində 1902/03 mövsümündə ilk 19 turda qələbə qazana bilməyən “Bolton”dan sonra buna nail olan ikinci kollektiv olub.

Klubun zəif nəticələr fonunda baş məşqçi dəyişikliyi variantını nəzərdən keçirdiyi barədə məlumatlar yayılıb.

Xəbər xətti