"Qarabağ"ın rəqibində ayrılıq - RƏSMİ

00:50 - 2 Yanvar 2026

“Nitsa” “Ayntraxt”dan Elye Vahiyi icarəyə götürüb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, icarə müddəti 6 aydır. Satınalma opsiyası nəzərdə tutulmayıb. Alman klubu bu keçidə görə 1,5 milyon avro əldə edəcək.

Elye Vahi bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun 2025-ci ilin 21 yanvar tarixində Bakıda keçiriləcək.

Xəbər xətti