Mahir Emreli nə vaxt meydana çıxacaq? - durumu bəlli oldu

14:45 - 1 Yanvar 2026

Bundesliqanın 2-ci turunun 12-ci turunda “Herta”ya(Berlin) 0:1 uduzduqları görüşdə zədələnən “Kayzerslautern” və millimizin futbolçusu Mahir Emrelinin bərpa prosesi daha da sürətli gedir. 

Sportal.az xəbər verir ki, millimizin vingeri artıq fərdi məşqlərə başladığı üçün vaxtından əvvəl meydana qayıda bilər. 

O, gələn həftə topla məşqlərə start verəcək. Azərbaycan millisinin vingerinin ən pis halda 2-ci Bundesliqanın qarşıdakı 2 turunu buraxacağı ehtimal edilir. 

Qeyd edək ki, 2-ci Bundesliqanın növbəti turuna yanvarın 16-da start veriləcək.
 

Xəbər xətti