"Milan"ın məqsədi ən yaxşı dördlükdə yer almaqdır"

22:03 - 1 Yanvar 2026

"Milan"ın baş məşqçisi Massimiliano Alleqri bildirib ki, “rossoneri” hər il Çempionlar Liqasında çıxış etməlidir.

Sportal.az xəbər verir ki, Alleqri öz açıqlamasında bunları qeyd edib:

“16 turdan sonra 35 xalla ‘Milan’ Seriya A cədvəlində ikinci yerdədir və ‘İnter’den cəmi bir xal geri qalır. Biz məqsədimiz barədə düşünməliyik. Ən yaxşı dördlükdə olmaq, vəziyyətə real yanaşırıq. Sabahkı çətin səfər oyunu barədə də fikirləşirik, çünki "Kalyari" güclü rəqibdir və oyunda son dəqiqəyə qədər diqqətdə olmaq lazımdır.

Əsas məqsədə iyunda çatmaq və əlimizdən gələni etməkdir. "Milan" hər il Çempionlar Liqasında çıxış etməlidir, hədəflərimiz yüksək olmalıdır. Yalnız bu yolla arzuladığımız nəticəyə çata bilərik. Mən demirəm ki, dördüncü yer bizi tam qane edər, amma məqsəd "Milan"ı Çempionlar Liqasına çıxarmaqdır. Adətən çempionluq favorit komandaya qalır və xatırlamaq lazımdır ki, son 5 ildə "İnter’" ikinci yerdən aşağı bitirməyib."

Xəbər xətti