PSJ 60 milyon avroluq transferə hazırlaşır

18:35 - 1 Yanvar 2026

PSJ "Sportinq"in müdafiəçisi Usman Diomandeni transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

Fil Dişi Sahili millisinin üzvünün Portuqaliya klubu ilə müqaviləsində 80 milyon avroluq sərbəstqalma məbləği yer alıb. Lakin 22 yaşlı mərkəz müdafiəçisinin 60 milyon avroya PSJ-yə keçə biləcəyi bildirilir.

Qeyd edək ki, "Sportinq" Usman Diomandeni 2023-cü ilin yanvar ayında "Midyullann"dan 14 milyon avroya transfer edib. Futbolçu bu mövsüm Lissabon təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti