Qabon yığmasının fəaliyyəti dayandırıldı - hökümətdən sərt qərar

20:02 - 1 Yanvar 2026

Qabon hökuməti ölkənin futbol milli komandası ilə bağlı sərt tədbirlər görüb.

Sportal.az xəbər verir ki, Tyerri Muyumanın rəhbərlik etdiyi komanda Afrika Millətlər Kubokunda qrup mərhələsini heç bir xal toplamadan başa vuraraq turnirdən kənarlaşdırılıb. Yığmanı Kot-dİvuar, Kamerun və Mozambik komandaları qabaqlayıb.

Hökumətin bəyanatında deyilir:

“2025-ci ildə Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunda "panterlər"in biabırçı çıxışını nəzərə alaraq hökumət aşağıdakı qərarları qəbul edib: məşqçilər heyətini buraxmaq; milli komandanı növbəti bildirişədək kənarlaşdırmaq; futbolçular Brüno Eküelya-Manqa və Pyer-Emerik Obameyanqı komandadan xaric etmək.”

Xəbər xətti