Samir Abasov onu “Neftçi”də görmək istəmədi, bu klubla anlaşdı  - FOTO

20:48 - 17 Avqust 2025

"Neftçi"nin yollarını ayırdığı Alfa Konte özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun sərəncamında görmək istəmədiyi futbolçu İslandiyada oynayacaq.

O, həmin ölkənin "Styarnan" klubu ilə anlaşıb. Xatırladaq ki, Konte 2024-cü ilin yanvar ayında "Lokomotiv"(Plovdiv) klubundan "Neftçi"yə keçmişdi.


 

Xəbər xətti