"Arsenal" İspaniya millisinin üzvü ilə anlaşdı

18:10 - 7 Oktyabr 2025

"Arsenal" qapıçı David Raya ilə yeni müqavilə imzalayacaq.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi artıq ispaniyalı qolkiperlə anlaşıb. Bu barədə BBC televiziyası məlumaat yayıb.

London klubu 30 yaşlı "əlcək sahibi"nin maaşını artıracaq. Yeni sözləşmə yaxın günlərdə imzalanacaq.

Qeyd edək ki, "Arsenal" David Rayanı 2024-cü ilin yayında "Brentford"dan 32 milyon avroya transfer edib. İspaniya millisinin üzvü bu mövsüm "topçular"ın heyətində 9 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti