Xorvatiya millisi dünya çempionatına vəsiqəni təmin etdi

13:26 - 15 Noyabr 2025

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir.

Sportal.az xəbər verir ki, L qrupunda Xorvatiya milli komandası doğma meydanda Farer Adalarını qəbul edib. Qarşılaşma "damalılar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 19-a yüksəldən Xorvatiya yığması mundiala vəsiqəni təmin edib. İkinci yerdə olan Çexiyanın 13 xalı var.

Qeyd edək ki, dünya çempionatı gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək.

Xəbər xətti