Fransa milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu çərçivəsində Bakıda Azərbaycan yığmasının qonağı olacaq.
Sportal.az xəbər verir ki, ikiqat dünya çempionları matça ciddi itki ilə çıxacaq.
"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa komandaya kömək edə bilməyəcək. Millinin düşərgəsində zədələnən 23 yaşlı futbolçu müalicə olunmaq üçün İspaniyaya qayıdıb.
Qeyd edək ki, Azərbaycan - Fransa qarşılaşması noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi
