Almaniya millisinin hücumçusu "Liverpul"a keçə bilər

13:57 - 15 Noyabr 2025

Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Serji Qnabri karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" almaniyalı hücumçunu heyətinə qatmaq istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Qırmızılar" yaxın vaxtlarda Qnabri ilə danışıqlara başlamağı planlaşdırır. 30 yaşlı forvardla 'Yuventus" da maraqlanır.

Qeyd edək ki, "Bavariya" Serji Qnabrini 2017-ci ilin yayında "Verder"dən transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti