"Mançester Yunayted" sabiq futbolçusunu qaytarmaq istəyir

20:56 - 13 Noyabr 2025

"Mançester Yunayted" hazırda "Napoli"də çıxış edən yetirməsi Skott Maktomineyin kluba qayıtması ehtimalını nəzərdən keçirir.

Sportal.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Neapollular hələlik 28 yaşlı futbolçunun rəsmi transfer dəyərini müəyyənləşdirməyiblər. Lakin onu transfer etmək istəyən klublar ən azı 50 milyon avro ödəməli olacaqlar.

"Mançester Yunayted"lə yanaşı, Maktomineyə "Nyukasl" və "Tottenhem" də maraq göstərir. Lakin şotlandiyalı futbolçu 2024-cü ilin yayında keçdiyi İtaliya klubundan ayrılmaqda israr etməyəcək.

Maktominey "Mançester Yunayted"in əsas komandasında çıxış etdiyi dövrdə 255 oyun keçirib, 29 qol vurub və 8 məhsuldar ötürmə edib.

Xəbər xətti