PSJ-nin futbolçusu Vitinya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Liverpul" portuqaliyalı yarımmüüdafiəçini transfer etmək istəyir. Bu barədə "CaughtOffside" məlumat yayıb.
Lakin "Qırmızılar"ın Vitinyanı heyətinə qatacağı o qədər də asan görünmür. Belə ki, "Liverpul" dayaq yarımmüdafiəçisi üçün Fransa klubuna ən azı 130 milyon avrro ödəməlidir.
Qeyd edək ki, PSJ Vittinyanı 2022-ci ilin yayında "Portu"dan transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
