A Seriyası klubunun yeni baş məşqçisi açıqlandı

18:10 - 11 Noyabr 2025

İtaliyanın "Atalanta" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Rafaele Palladino çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı italiyalı mütəxəssislə2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Atalanta" ötən gün İvan Yuriçlə yollarını ayırıb. Palladinonun son iş yeri isə "Fiorentina" olub.

Xəbər xətti