Futbol üzrə Azərbaycan II Liqasında VIII tura yekun vurulub.
Sportal.az xəbər verir ki, "Şəmkir" səfərdə "Araz Saatlı"nın qonağı olub. Matç meydan sahiblərinin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, "Şəmkir" bu qələbə ilə xallarının sayını 12-yə yüksəldərək 6-cı pilləyə yüksəlib. "Araz Saatlı" isə 1 xalla sonuncu pillədə qərarlaşıb.
II Liqa, VIII tur
11 noyabr
"Araz Saatlı" - "Şəmkir" 0:4
Qollar: T.Məmmədzadə, 17, T.Fərmanov, 26 (pen), 66, İ.Əliyev, 60
