"Fransız məşqçilər hətta öz ölkəmizdə belə yetərincə qiymətləndirilmir" -Deşam

23:24 - 12 Noyabr 2025

Fransa millisinin baş məşqçisi Didye Deşam hesab edir ki, fransız məşqçilər yetərincə qiymətləndirilmir.

Sportal.az xəbər verir ki, 2026-cı il Dünya Çempionatının seçmə oyununda Ukrayna millisi ilə qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında Deşamdan hazırkı Çempionlar Liqasında fransız məşqçilərin olmaması barədə şərh verməsi xahiş olunub.

"Bəli, bununla bağlı təəssüf edirəm. Mən hesab edirəm ki, fransız məşqçilər hətta Fransada belə yetərincə qiymətləndirilmir. Xaricdə isə onların sayı get-gedə azalır.

Fransız məşqçilərin adından bunu qeyd edirəmki,başqaları qədər yaxşı deyilik? Mən belə düşünmürəm. Başqaları daha yaxşı təşkilatlanıb geniş mənada və bundan irəli gələn hər şeylə? Əlbəttə".

Xəbər xətti