Mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan Endryu Robertson Premyer Liqa nəhəngini tərk edəcək.
Sportal.az xəbər verir ki, şotlandiyalı sol cinah müdafiəçisi ölkəsinə qayıtmaağı planlaşdırır Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Robertsonun yayda "Seltik"ə keçəcəyi gözlənilir. 31 yaşlı futbolçu artıq "ağ-yaşıllarr"la ilkin danışıqlar aparıb.
Qeyd edək ki, "Liverpul" Endryu Robertsonu 2017-ci ilin yayında "Hall Siti"dən transfer edib. Şotlandiya millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
