Millimiz İslandiyaya məğlub oldu - YENİLƏNİB

22:51 - 13 Noyabr 2025

Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv İslandiya ilə qarşılaşıb. 8-ci km stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz bu tsikldə İslandiyaya 0:5 hesabı ilə uduzmuşdu.

Dörd turdan sonra yığmamız 1 xalla qrupda sonuncudur.

DÇ-2026
Seçmə mərhələ, V tur

13 noyabr

21:00 Azərbaycan – İslandiya 0:2
Qol:
Albert Qudmunsson, 20, Sverrir İnqason, 39
Baş hakim: Nikola Dabanoviç (Monteneqro)
8-ci km stadionu

Xəbər xətti