"Turan Tovuz"un məşqçiləri kənd məktəbinin qonağı oldular - FOTOLAR

14:04 - 13 Noyabr 2025

"Turan Tovuz" klubunun nümayəndələri "Akademiya gündəliyi" çərçivəsində Qədirli kənd tam orta məktəbinin qonağı olub.

Sportal.az xəbər verir ki, akademiyanın məşqçiləri məktəblilərlə görüşüb.

Qeyd edək ki, layihə çərçivəsində "Turan Tovuz" rəsmiləri mütəmadi olaraq Tovuzun kəndlərinə gedir, orada uşaqların futbola marağının artması istiqamətində işlər görürlər. Həmçinin, istedadlı futbolçular klubun akademiyasına cəlb olunur.

Xəbər xətti