Azərbaycanlı məşqçi İsveç klubu ilə anlaşdı - FOTO

11:18 - 12 Noyabr 2025

Azərbaycanlı futbol məşqçisi Valeh Qafarov yenidən İsveçdə çalışacaq.

Sportal.az saytına verilən məlumata görə, Qafarov İsveçin qadınlardan ibarət futbol çempionatında yarışan “Karlslunds” klubu ilə anlaşıb.

O, bu klubla 1 illik müqavilə imzalayıb. Həmyerlimiz həmin klubda köməkçi məşqçi kimi çalışacaq. Qafarov son olaraq da bu klubda işləmiş, amma oradan ayrılmışdı.

Qafarov bundan əvvəl “Örebro”nun kişilərdən ibarət komandasında məşqçi kimi çalışıb.

Xəbər xətti