"Qarabağ" "Napoli" ilə oyunla bağlı azarkeşlərə müraciət etdi

15:51 - 17 Noyabr 2025

"Qarabağ" İtaliyada UEFA Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turunun "Napoli" ilə oyununda komandanı dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.

Sportal.az xəbər verir ki, Azərbaycan klubundan asılı olmayan səbəblərə görə noyabrın 21-dən sonra vauçerlərin satışı dayandırılacaq.

“Napoli” – “Qarabağ” matçını “Stadio Dieqo Armando Maradona” stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlərin satışı iTicket.az-da davam edir. Səfər oyununa bilet əldə etmək üçün son 4 gün qalıb.

Xəbər xətti