"İmkan verin, Ayxan işləsin" - Nurlan İbrahimovdan millimizin baş məşqçisinə dəstək

19:16 - 17 Noyabr 2025

"Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimov sosial şəbəkə hesabında Azərbaycan milli komandasının son oyunları ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az keçmiş klub rəsmisinin paylaşımını diqqətinizə çatdırır:

"Ayxan Abbasovun təyinatı AFFA-nın son illərdəki ən böyük doğrusudu - Milli qələbə qazansa da yazacaqdım, uduzsa da..

Başqa sözlə millinin 1 və ya 2 oyunla qazan( may)acağı nəticə Abbasovun işinin NƏTİCƏsi olmamalıdı. Nəticə 1-2 oyunla yox 1 neçə ilin sistemiylə, səbriylə, doğru yolda (hansısa yolda da olar) olmasıya gəlir..

Sistem, səbir, doğru yol necə olur, bu artıq başqa mövzudu..

Bu oynamalıydı, o oynamamalıydı – belə olSAydı uda bilərdik kimi mifik, popullizm futbolun bir parçasıdı hər yerdə olduğu kimi..

Futbol kütlə oyunudu, hər kəs fikrini bildirər, futbolun doğruları isə dolanbaclarda itər..

Məsələn, legioner limit(sizliy)i dolanbacında..

İllərdi itib-batdığımız `qəşəng karyeralı məşqçi` dolanbacından çıxıb dilimizə görə dilçəyimiz olan Ayxan Abbasov(lu) və ya kimili düz(ənliy)ə çıxmaq lazımdı..

ÖZümüzə qayıtmalıyıq özümüzü bilə-bilə..Əndazədən çıxmadan, bacardıqca hündürə tullanmağa çalışmalıyıq. Amma hündürə nə qədər tullansaq da ayağımızı mütləq yerə dəyəcəyini bilməliyik, basmalıyıq.

Qvaridolanın belə əlində sehrli çubuq yoxdu, necə ki, Qurban Qurbanovda da yoxdu, Samir Abbasovda, Rəşad Sadıqovda da yoxdu..

Amma Qvardiola, Ançelottidən fərqli bizim `OV`lar çıxdığı şinelin qalınlığını yaxşı bilir. Limitsizlikdə ən yaxşı futbolçun 2-ci liqada oynayırsa, milyonluq məşqçi (və ya futbolçuyla) bu işlərin olmayacağını şinelindən bilir -tanıyır.

Ona görə də ayağımızı (istəklərimizi, hədəflərimizi) yorğanımıza görə uzadıb, istisinə qızınmağa çalışmalıyıq. Yoxsa, tüstüdə kor olmağa davam edəcəyik..

Yaxşı pul(lu) əcnəbi məşqçi puluna minnət edəcək, bizimkilərsə inan(dır)mağa çalışacaq.

İmkan verin, Ayxan işləsin. Çünki, pulunu alıb gedənlərdən fərqli burda qalacaq, ən yaxşısına çalışacaq..

Bacaracaqmı - sualdı. Amma ən azından istəyəcək, çalışacaq".

Qeyd edək ki, Azərbaycan milli komandası noyabr ayında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə məğlub olub.

Xəbər xətti