Bundesliqa klubu baş məşqçi ilə 3 illik müqavilə imzaladı

23:12 - 18 Noyabr 2025

Oygen Polianski Münhenqladbax "Borussiya"sının daimi baş məşqçisi təyin olunub.

Sportal.az xəbər verir ki, Polşa millisinin sabiq yarımmüdafiəçisi Hərardo Seoanenin sentyabrın ortasında istefaya göndərilməsindən sonra müvəqqəti olaraq bu vəzifəni icra edirdi və indi daimi baş məşqçi kimi təsdiqlənib. Onunla müqavilə 2028-ci ilə qədərdir.

Qeyd edək ki, Komanda son üç matçda üç qələbə qazanıb və hazırda Bundesliqa cədvəlində 12-ci yerdədir.

Xəbər xətti