"Liverpul"un ilk qolunu vurdu, zədələnərək meydanı tərk etdi

23:30 - 20 Dekabr 2025

Aleksander İsak zədə səbəbindən "Tottenhem"lə matçı (1:2) sona qədər davam etdirə bilməyib.

Sportal.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən oyunda fasilədən dərhal sonra meydana çıxan "Liverpul"un hücumçusu 56-cı dəqiqədə hesabı açıb. O, Florian Virtzin ötürməsindən sonra ilk toxunuşla zərbə endirib, bundan sonra isveçlinin topuğu sürüşmə ilə müdaxilə edən Mikki van de Venin ayaqları arasında qalıb.

İsak qazona yıxılıb və artıq oyunu davam etdirə bilməyib. Ona tibbi yardım göstərilərkən üzünü köynəyi ilə örtmüşdü. İsakın yerinə Ceremi Frimpong meydana daxil olub. 


Xəbər xətti