"Fənərbaxça" Fransa millisinin üzvü üçün hərəkətə keçdi

18:51 - 13 Yanvar 2026

"Əl-İttihad"ın yarımmüdafiəçisi N’Qolo Kante karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" fransalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə jurnalist Selim Manav məlumat yayıb.

İstanbul nəhəngi artıqq Kante ilə danışıqlara başlayıb. "Fənərbaxça" klubu ilə 6 aylıq müqaviləsi qalan 34 yaşlı dayaq yarımmüdafiəçisinə 2,5 illik sözləşmə təklif edib.

Qeyd edək ki, N’Qolo Kante 2023-cü ilin yayından "Əl-İttihad"da çıxış edir. Fransa millisinin üzvü bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti