“Milan” yayda azad agent olacaq “Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretzkanı heyətinə qatmaq variantını nəzərdən keçirir.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir. Bildirilir ki, tərəflər müqavilənin uzadılması ilə bağlı danışıqlar aparmırlar, çünki yarımmüdafiəçi vergilərdən sonra 7 milyon avro olan maaşını azaltmaq istəmir.
Bu, “Milan” üçün maneədir, çünki futbolçu kluba qoşularsa, əlavə olaraq agent komissiyaları da ödənilməli olacaq. Klub 40 yaşlı Luka Modriç müqaviləsini uzatmasa, müəyyən maliyyə vəsaiti azad edə bilər.
Qoretzka ilə həmçinin "Fənərbaxça" klubu da yaxından maraqlanır.
Qeyd edək ki, bu mövsüm Qoretzka “Bavariya”nın heyətində Bundesliqada 15 oyuna çıxıb və 1 qol vurub.
saytlarin hazirlanmasi
