"Neftçi"nin "Piramids"lə heç-heçəsi - FOTOLAR

00:41 - 14 Yanvar 2026

Bildirdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Misirin "Piramids" klubu ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Bakı təmsilçisinin qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub. Afrika Çempionlar Liqasının hazırkı qalibi olan "Piramids"in qoluna isə 16-cı dəqiqədə Everton imza atıb. 

Qeyd edək ki, "Neftçi" Əbu-Dabidə keçirdiyi ilk hazırlıq matçında "Karyat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gəlib. "Ağ-qaralar" son oyununu yanvarın 16-da Çinin "Çenqdu Ronqçenq" klubuna qarşı keçirəcək. 

Bu gün keçirilən matçdan olan fotolarla sizi tanış edirik:


Xəbər xətti