"Qarabağ" Polşa təmsilçisinə qalib gəldi

22:16 - 16 Yanvar 2026

Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Antalyada davam etdirən “Qarabağ” bu gün ikinci yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Polşanın “Zaqlebie” komandası ilə üz-üzə gəlib. “Gloria Sports Arena”da keçirilən matç təmsilçimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Qarabağ” bundan əvvəl yoxlama oyunlarında Özbəkistanın “Neftçi” (Fərqanə) klubunu 5:0, Xorvatiya təmsilçisi “Osiyek”i isə 3:1 hesabı ilə məğlub edib.

Xəbər xətti