"Şəfa"nın sponsorları gözlənilməz qərar verib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, onların əmri ilə Əfran İsmayılov klubun idarəçiliyindən uzaqlaşdırılıb.
Sonuncu 2 ilə yaxın idi ki, burada prezident Sərdar Sərdərzadənin müşaviri vəzifəsini tuturdu. Son qərarla artıq onun paytaxt təmsilçisi ilə heç bir bağlılığı qalmayıb.
O, burada mütləqi-hakimiyyət idi. Böyük səlahiyyətlər daşıyırdı. Sözünün qarşısında söz deyilmirdi.
Odur ki, bu ayrılıq təəccüb doğurmaya bilməz. Güman ki, qərarın arxasında mühüm səbəblər dayanır.
"Şəfa" I Liqada uğurlu mövsüm keçirir. Komanda debütantı olduğu çempionatın 12 turundan sonra 30 xal toplayıb.
Elgiz Kərəmlinin çalışdırdığı kollektiv bu göstərici ilə turnir cədvəlinin birinci pilləsindədir. Onlar ən yaxın izləyicisi olan "Baku Sportinq"i 5 xal qabaqlayır.
Qeyd edək ki, Əfran İsmayılov "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenkonun köməkçisi vəzifəsində çalışır.
saytlarin hazirlanmasi
