"Kəpəz" bu gün "Karvan-Yevlax"la yoxlama oyununda qarşılaşıb.
Sportal.az xəbər verir ki, görüş 0:0 hesabı ilə başa çatıb.
Gəncə klubunun baş məşqçisi Azər Bağırov görüşdən sonra klubun mətbuat xidmətinə açıqlama verib:
"Oyun yaxşı keçdi. Bu matçda da gənc futbolçulara və yeni transferlərimizə şans verdik. Yaxşı təsir bağışladılar. Bununla da təlim-məşq toplanışını başa vurduq. 1 günlük istirahətdən sonra "Qababağ"la oyunun hazırlıqlarına başlayacağıq. Mövsümün qalan hissəsində daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq".
saytlarin hazirlanmasi
