Emreli 3 ay sonra geri döndü, komandası qələbə qazandı

00:15 - 23 Fevral 2026

Almaniyada II Bundesliqanın 23-cü turu keçirilir.

Sportal.az xəbər verir ki, heyətində azərbaycanlı hücumçu Mahir Emreli çıxış edən "Kayserslautern" səfərdə "Proyssen Munster"i 3:2 hesabı ilə məğlub edib.

Uzun fasilədən sonra yenidən komandanın heyətinə düşən Emreli 88-ci dəqiqədə, bütün qollar vurulduqdan sonra meydana daxil olub. Bu, Mahirin ötən ilin noyabrından bəri ilk oyun dəqiqələri olub.

Hazırda “Kayserslautern” 37 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti