Kurban Berdiyev: "İmişli" qapımıza zərbə vura bilmədi"

19:21 - 1 Mart 2026

"Bu gün qol imkanlarımız oldu. Sadəcə olaraq onları vura bilmədik. Rəqib bir dəfə də qapımıza zərbə vura bilmədi. Amma biz bu gün iki xalı itirdik".

Sportal.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 22-ci turunun "İmişli" (0:0) ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb:

- Coş Ginelli və İbrahima Vadjinin CV-si yaxşıdır. Onların meydanda sizə xeyir verməsi üçün nə qədər zamana ehtiyacı var?

- Məşqlərdə bunun üzərində işləyirik. Fikirləşirəm ki, oyunlarda problemi aradan qaldıracağıq.

- Qarşıda kubokda "Kəpəz" və çempionatda "Neftçi" ilə oyuna çıxacaqsınız. Qısa müddətdə iki ağır oyuna çıxmaq nə dərəcədə futbolçuları yora bilər?

- Futbolçuların fiziki vəziyyətləri qaneedicidir. Kubok matçına hazırlaşacağıq.

- Aleks Souzanı mövsümün sonuna qədər saxlayıb, daha sonra transferinə icazə vermək olmazdı?

- Xeyr, belə düşünmürük. Haqlı olaraq belə qərar vermişik.

Mirbağırağa

Xəbər xətti