Alvaro Arbeloa bildirib ki, dünya çempionatı ərəfəsində özünü qoruyan futbolçuları başa düşmür.
Sportal.az xəbər verir ki, "Real"ın baş məşqçisi öz açıqlamasında bunları qeyd edib:
“Bir şeyi həmişə anlayırdım, klubun üçün sona qədər mübarizə aparmalısan. Milliyə gələndə isə ölkən üçün eyni şəkildə hər şeyini ortaya qoymalısan.
Mən gücünü saxlayan, mübarizədən yayınan, zədə almaqdan qorxan və ya bu halda "Real" üçün maksimumunu verməkdən başqa nəsə haqqında düşünən futbolçuları anlamıram. Hazırlaşmağın ən yaxşı yolu öz klubunda yüksək səviyyə göstərməkdir. Oyunçulardan gözlədiyim də məhz budur."
saytlarin hazirlanmasi
