Canni Infantino bildirib ki, mübahisə zamanı ağzını örtərək danışan futbolçular meydandan qovulmalıdır.
Sportal.az xəbər verir ki, UEFA Çempionlar Liqası çərçivəsində “Real"la oyunda (0:1) madridlilərin vingeri Vinisius Junior hakim Francois Leteksierə bildirib ki, Benfika”nın hücumçusu Gianluca Prestianni onu “meymun” adlandırıb və bunu deyərkən formasının yaxası ilə ağzını örtüb. Prestianni sonradan braziliyalını irqi zəmində təhqir etmədiyini açıqlayıb. Klubun UEFAnın argentinalını cavab oyunundan uzaqlaşdırması ilə bağlı apellyasiyası rədd edilib.
“Əgər oyunçu ağzını örtərək irqçi məzmunlu nəsə deyirsə, o, açıq-aydın meydandan kənarlaşdırılmalıdır. Güman edilməlidir ki, o, deməməli olduğu bir şeyi deyib, əks halda ağzını örtməzdi.
Mən bunu başa düşmürəm: gizlədəcək nəyiniz yoxdursa, danışarkən ağzınızı örtməzsiniz. Hər şey sadədir. Əgər irqçiliklə mübarizəyə ciddi yanaşırıqsa, görə biləcəyimiz və görməli olduğumuz tədbirlər bunlardır. Qətiyyətlə hərəkət etməliyik və bu, çəkindirici təsir göstərməlidir. Bəlkə də yalnız cəza barədə deyil, mədəniyyətin dəyişməsi barədə də düşünməliyik, səhv edən oyunçuya və ya hər kəsə üzr istəmək imkanı verilməlidir. Qəzəb anında insan sonradan peşman olacağı addım ata bilər, belə hallarda sanksiya fərqli ola bilər. Biz bir addım irəli atmalı və bunu da nəzərə almalıyıq”, – deyə İnfantino "Sky News"a müsahibəsində bildirib.
saytlarin hazirlanmasi
