"Sabah"ın futbolçusu: "Hər matça qalibiyyət üçün çıxırıq"

10:34 - 16 Mart 2026

"Sabah"ın futbolçusu Aleksey İsayev klubun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Misli Premyer Liqasının 24-cü turunun "İmişli" ilə(0:5) görüşündən sonra qalibiyyəti şərh edib:

"Əsas odur ki, qalib gəldik. "İmişli" çətin və yaxşı komandadır. Onlara da növbəti matçlarında uğurlar arzulayıram. Biz də oyundan-oyuna irəliləyirik. Hər matça qalibiyyət üçün çıxırıq. "İmişli" ilə oyunu unuduruq, növbəti matça hazırlaşacağıq".

O, növbəti turda üz-üzə gələcəkləri "Sumqayıt"la oyundan gözləntilərini də açıqlayıb: "Bəli, növbəti turda rəqibimiz "Sumqayıt"dır. İstəyərdim ki, həmin görüşdə tribunada azarkeşlərimiz çox olsun. Onları sevindirmək istəyərdik. Göstərdikləri dəstəyə görə də təşəkkür edirəm. Qoy gəlib bizi dəstəkləsinlər".

Xəbər xətti