"Neftçi"nin tarixinə keçdi

11:34 - 16 Mart 2026

"Neftçi" Azərbaycan çempionatlarında 150-ci penaltisini vurub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIV turunun “Qəbələ” ilə səfər matçına (3:1) təsadüf edib. Emin Mahmudov komandasının görüşdəki 2-ci qoluna 11 metrlik cərimə zərbəsindən imza atıb. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 34 mövsümdə vurduğu 150 penaltidən 120-ni qola çevirib.

Paytaxt təmsilçisinin dəqiqlik faizi 80-ə bərabərdir. “Neftçi” turnirin tarixi ərzində vurulan penalti sayında yalnız “Qarabağ”dan geri qalır. Hər iki komanda 1992-ci ildən Premyer Liqanın (əvvəl güclülər dəstəsi) daimi iştirakçılarıdır. Qeyd edək ki, “Neftçi” ilk penaltisini 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşmada vurub. Yunis Hüseynov komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atıb.

Xəbər xətti