"Bavariya" 16 yaşlı qapıçının ümidinə qaldı

15:36 - 16 Mart 2026

"Bavariya" UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin "Atalanta" ilə cavab oyunu öncəsi qapı xəttində problem yaşayır.

Sportal.az xəbər verir ki, əsas komandanın qapıçıları Manuel Noyer, Sven Ulrayx və Yonas Urbiq zədəlidir.

Belə olan halda çərçivəni U-19 komandasının qapıçısı Leon Klanakın qoruyacağı gözlənilirid. Lakin gənc qolkiperdə zədələndiyindən onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Məşqçilər korpusu U-19-un ikinci qapıçısı Leonard Preskottu əsas komandanın düşərgəsinə cəlb edib. İtaliya təmsilçisi ilə matçda qapıda 16 yaşlı "əlcək sahibi"nin dayanacağı gözlənilir.

Qeyd edək ki, "Bavariya" - "Atalanta" qarşılaşması martın 18-dən 19-na keçən gecə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasında İtaliyada baş tutan ilk görüş Almaniya təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti