"Liverpul" 2027-ci ilin yayında müqaviləsi başa çatan Alisson Bekerlə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, İngiltərə çempionu braziliyalı qolkiperin sözləşməsinin müddətini uzadıb. Bu barədə Alissonun meneceri Ze Mariya Ness məlumat verib.
Klub 33 yaşlı "əlcək sahibi"nin sözləşməsinin müddətini daha 1 il uzadıb.
Qeyd edək ki, "Liverpul" Alisson Bekeri 2018-ci ilin yayında "Roma"dan 72,5 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində 33 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
