MLS-də 5-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Nəriman Axundzadənin transfer olduğu "Kolambus Kru" səfərdə "Toronto"nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
Nəriman Axundzadə bu matçda debüt edib. Millimizin hücumçusu 88-ci dəqiqədə meydana daxil olub.
5 turdan sonra 2 xal toplayan "Kolambus Kru" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
