"Biz hər şeyə hazırıq" - Portuqaliya millisinin üzvü Azərbaycana qarşı görüş haqda

12:35 - 26 Mart 2026

Portuqaliyanın U-21 yığma komandasının yarımmüdafiəçisi Qonsalo Moreyra sabah AVRO-2027-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Sportal.az “Record”a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Bakıdakı görüşlə bağlı bunları deyib:

“Biz Azərbaycanın müdafiəyə meyilli oyun keçirəcəyini gözləyirik. Biz hər şeyə hazırıq. Nə etməli olduğumuzu bilirik və məşqçi bizə oyunumuza əlavə etməli olduğumuz detalları tapşırıq. Yaxşı oyun göstərməyə və qalib gəlmək üçün əlimizdən gələni etməyə hazırıq”.

Xəbər xətti