Xulian Alvares "Atletiko"dan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, argentinalı hücumçunun İngiltərə Premyer Liqasına qayıdacağı gözlənilir. Bu barədə "El Nacional" televiziyası məlumat yayıb.
26 yaşlı forvardın yeni ünvanının "Arsenal" olmaq ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, "Atletiko" Xulian Alvaresi 2024-cü ilin yayında "Mançester Siti"dən 75 milyon avroya transfer edib. Argentina millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
