Yığmamızın Avropa çempionatı üçün ilkin heyəti müəyyənləşdi

21:23 - 26 Mart 2026

16-19 aprel aralığında Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək cüdo üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycanı təmsil edəcək ilkin heyət müəyyənləşib.

Sportal.az xəbər verir ki, siyahıya doqquz kişi və altı qadın olmaqla 15 cüdoçu salınıb.

Yekun heyət yarışa bir həftə qalmış açıqlanacaq.

Kişilər

60 kq
Balabəy Ağayev
Əhməd Yusifov

66 kq
Ruslan Paşayev

73 kq

Hidayət Heydərov

81 kq

Zelim Tçkayev
Ömər Rəcəbli

90 kq

Murad Fətiyev

100 kq

Zelim Kotsoyev

+100 kq

Kənan Nəsibov

Qadınlar

48 kq

Könül Əliyeva
Şəfəq Həmidova

52 kq

Leyla Əliyeva
Gültac Məmmədəliyeva

70 kq

Südabə Ağayeva

+78 kq

Madina Kaisinova

Xəbər xətti