"Bu klubda hətta Kriştiano Ronaldonu belə tənqid edirdilər, mən niyə istisna olmalıyam"

21:22 - 29 Mart 2026

Kilian Mbappe özu haqqında çıxan tənqidlərə münasibət bildirib.

Sportal.az xəbər verir ki, Mbappe "Telefoot"a müsahibəsində bunları qeyd edib:

“İspaniyada azarkeşlər çox emosionaldır. Onlar üçün "Real" bir növ din kimidir. Klub və mənimlə bağlı hər şey insanların danışmasına və fərziyyələr irəli sürməsinə səbəb olur. Bəzən haqlı olurlar, bəzən yox.

Bu klubda hamını tənqid ediblər, o cümlədən Kriştiano Ronaldonu. Mən niyə istisna olmalıyam, başa düşmürəm. Tənqidlə barışmaq lazımdır. Sakit qalmaq, işinə fokuslanmaq və meydanda vəziyyəti yaxşılaşdıra biləcəyinə inanmaq vacibdir."

Xəbər xətti