"Liverpul" millinin forvardını istəyir

12:55 - 31 Mart 2026

"Sportinq"in forvardı Luis Suares İngiltərəyə köçə bilər.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, kolumbiyalı forvardı "Liverpul" istəyir.

Mersisayd təmsilçisi Suares üçün "Sportinq"lə rəsmi danışıqlara da başlayıb.

28 yaşlı futbolçunun Portuqaliya nəhəngi ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Qranada", "Leones", "Uotford", "Ximnastik", "Saraqosa", "Marsel", "Almeriya" klublarında oynayıb.

Xəbər xətti