Premyer Liqanın XXVIII turu çərçivəsində keçiriləcək “Sabah”la oyunun biletləri sabah saat 15:00-dan etibarən satışda olacaq.
Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5–20 manat aralığındadır.
Biletlər sabah saat 15:00-dan etibarən iTicket.az-da onlayn satışda olacaq. 16, 17 və 18 aprel tarixlərində isə biletləri həm iTicket.az-dan onlayn, həm də Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən fanşopdan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
saytlarin hazirlanmasi
