"Barselona"nın baş məşqçisi Hansi Flik "Atletiko"nun stadionu – "Metropolitano Stadium"da meydanın vəziyyətindən narazı qalıb.
Sportal.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 final cavab oyunu öncəsi keçirilən məşqdən əvvəl o, UEFA nümayəndələrinə yaxınlaşaraq ot örtüyünün vəziyyəti ilə bağlı şikayət edib və konkret bir sahəni göstərib.
Qeyd edək ki, komandalar arasında ilk oyunda Madrid klubu 2:0 hesabı ilə qalib gəlib və cavab qarşılaşması böyük əhəmiyyət daşıyır.
saytlarin hazirlanmasi
