Luis Fiqonun fikrincə, Cud Bellinqem hər matçda oynamalıdır.
Sportal.az xəbər verir ki, çərşənbə günü "Real" cavab oyununda "Bavariya" ilə UEFA Çempionlar Liqası 1/4 final mərhələsi çərçivəsində qarşılaşacaq. İlk oyunda (1:2) "qırmızı-ağlar"ın yarımmüdafiəçisi Aurelien Tçuameni üçüncü sarı vərəqəni aldığı üçün bu matçı buraxacaq.
Fiqo belə deyib:
“Bu ciddi itkidir. Tçuameni komanda üçün vacib oyunçudur, amma məncə, "Real"ın onu əvəz etmək üçün variantları var.
Bu Bellinqem ola bilərmi? Bəli, mən belə düşünürəm. İlk oyunda "Bernabeu"da o, ehtiyatdan çox yaxşı daxil oldu və göstərdi ki, oyunun taleyini dəyişmək və həlledici faktor olmaq üçün kifayət qədər keyfiyyətə malikdir. Mənim fikrimcə, Bellinqem hər zaman oynamalıdır, bu məntiqlidir.”
saytlarin hazirlanmasi
