"Komandadan razı qaldıq" - millinin məşqçisi

23:02 - 18 Aprel 2026

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Rövşən Qasımov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığması ilə evdə keçirilən oyundan (2:0) sonra mətbuat konfransında fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, məşqçi yaradılan ab-havadan və futbolçuların nümayiş etdirdiyi oyundan razılığını ifadə edib:

“Çox gözəl atmosfer var idi. Bizə olan ümidləri doğrultmağa çalışdıq. İnanıram ki, azarkeşlər oyundan zövq aldılar. Komandadan razı qaldıq, qızlar bütün tapşırıqları yerinə yetirdilər. Qarşıda bizi çox vacib matçlar gözləyir. İyunda Macarıstan və Şimali Makedoniya yığmaları ilə qarşılaşacağıq. Bundan sonra tam olaraq həmin görüşlərə köklənəcəyik”.

Xəbər xətti