Dünya çempionatında iştirak edə bilməyəcək - millidə ciddi itki

12:34 - 19 Aprel 2026

"Bavariya"nın futbolçusu Serj Qnabri böyük ehtimalla DÇ-2026-da iştirak etməyəcək.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı futbolçunun zədələnməsidir. 

Almaniya millisi üzvü "Bavariya"nın məşqi zamanı sıradan çıxıb. Onun sağ budunun əzələsinin qopduğu və uzun müddətə sıradan çıxdığını bildirilir.

Qnabrinin bərpa prosesinin minimum 4 ay çəkəcəyi ehtimal edilir.

Qeyd edək ki, Almaniya millisi ABŞ-Kanada-Meksikada keçiriləcək dünya çempionatında Kurasao, Fil Dişi Sahili və Ekvador yığmaları ilə birlikdə E qrupunda yer alıb. 

Xəbər xətti