"Liverpul"un ikinci qapıçısı da zədələndi

20:50 - 20 Aprel 2026

İngiltərənin "Liverpul" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Alisson Bekerdən sonra Mersisayd təmsilçisinin ikinci qapıçısı Giorgi Mamardaşvili də sıradan çıxıb.

Gürcüstanlı qolkiper Premyer Liqanın 33-cü turunun "Everton"la matçında (2:1) zədələnib. 25 yaşlı "əlcək sahibi" təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Liverpul" Giorgi Mamardaşvilini 2024-cü ilin yayında "Valensiya"dan 30 milyon avroya transfer edib. Gürcüstan millisinin üzvü bu mövsüm "qırmızılar"In heyətində meydana çıxdığı 18 oyunda 29 qol buraxıb.

Xəbər xətti